Əsas səhifə Haqqımızda Xəbər lenti

Səfərbərlikdən tərxis olunan 3443 vətəndaş qəbul edilib

Səfərbərlikdən tərxis olunan 3443 vətəndaş qəbul edilib

Müraciətlərə baxılması üzrə komissiya qəbulu davam etdirir

 

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə yaradılmış, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətini davam etdirir.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2777 vətəndaş müraciət edib.

 

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 666 vətəndaşın müraciətinə baxılıb.

 

Müraciətlərdə qaldırılan məsəllərin həlli üzrə müvafiq tədbirlər görülüb.

 

Bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.

Müəllif: Ayna.az      20 Yanvar 2021 16:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin