Əsas səhifə Haqqımızda Xəbər lenti

İtaliya koronavirus peyvəndi istehsal edən şirkəti məhkəməyə verir

İtaliya koronavirus peyvəndi istehsal edən şirkəti məhkəməyə verir

Avropa ölkələri “Pfizer” şirkətinin peyvənd tədarükünü gecikdirdiyindən şikayətçidirlər

 

İtaliya ABŞ-ın əczaçılıq şirkəti olan “Pfizer”i koronavirus peyvəndi tədarükünü gecikdirdiyinə görə məhkəməyə müraciət edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin regional işlər naziri Françesko Boccia söyləyib.

 

Boccia deyib ki, əldə edilən razılaşmaların yerinə yetirilməsində ölkəsinə hörmət tələb edir: “Xəbərdarlıq edilmədən dərman tədarükündə birtərəfli ixtisarlar qəbuledilməzdir”.

 

Bundan əvvəl SARS-CoV-2 koronavirus peyvəndi istehsalçılarından biri olan “Pfizer” əczaçılıq şirkəti istehsalını modernləşdirərkən Avropa ölkələrinə dərman tədarükünü azaldacağı bildirilmişdi. Firma bunu istehsal gücünü genişləndirdiyi ilə əlaqələndirib. İlkin məlumata görə, vəziyyət fevral ayında dəyişəcək.

 

Qeyd edək ki, Danimarka, Latviya, Litva, Finlandiya, İsveç və Estoniya da  Avropa Birliyinə məktub göndərərək, “Pfizer” və “BioNTech” firmalarının peyvənd tədarükünü azaltdığından şikayətçi olublar. Avropa Birliyi isə dərman tədarükündə sabitlik və şəffaflığa nail olmaq üçün şirkətlərə təzyiq göstərməyə çağırış edib.

Müəllif: Ayna.az      20 Yanvar 2021 16:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin