Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənilər heyrətləndirməyə davam edir: İŞİD-in qənimi əsgərimizdən qorxdu – VİDEO

Ermənilər heyrətləndirməyə davam edir: İŞİD-in qənimi əsgərimizdən qorxdu –       VİDEO

“Muzdlular” ermənilər tərəfindən əsir düşməkdən daha çox azərbaycanlılardan qorxurdularsa, onda niyə ermənilərin yanına qaçmırdılar?

 

Döyüş meydanında acınacaqlı şəkildə məğlub olan Ermənistan, informasiya müharibəsində Azərbaycan üzərində üstünlük qazanmaq cəhdlərindən əl çəkmir. Azərbaycan tərəfinin Azərbaycan ərazisinə daxil olmuş və 10 noyabrda Üçlü Bəyanat imzalandıqdan sonra əsir düşən Ermənistan vətəndaşları olan təxribatçıları qaytarmaqdan imtina etməsi İrəvanda gücsüz bir qəzəb doğurdu.

 

Bu baxımdan, Ermənistan beynəlxalq strukturlara üz tutdu və Azərbaycanın imicini ləkələmək üçün yenidən Qarabağda döyüşdüyü iddia edilən “suriyalı muzdlular” mövzusuna müraciət etdi. Beləliklə, erməni mətbuatı, “Həmzə” diviziyasından bir suriyalı muzdlu əsgərin ifşaları olduğu iddia edilən videogörüntüləri yaydı.

 

İzləyiciyə Qarabağdakı müharibə görüntüləri göstərilərkən, “muzdlu”nun kadrarxası səsi verilir. Bundan əvvəl, erməni təbliğatı azərbaycanlı jurnalistlər tərəfindən asanlıqla ifşa olunan Qarabağdakı “suriyalı muzdluların” varlığına dair bir neçə “dəlil” təqdim etmişdi.

 

Erməni təbliğatı dəfələrlə kürd yaraqlılarını Suriyanın muzdluları kimi göstərməyə çalışmasına və ifşa edilməsinə baxmayaraq, İrəvan bir daha saxta işə əl atmaq qərarına gəldi. İndi “Həmzə” diviziyasından “suriyalı muzdlu”nun açıqlamalarına görə, onlar “ermənilər tərəfindən əsir götürülməkdən daha çox azərbaycanlılardan qorxurdular, çünki Azərbaycan əsgərləri onlara çox pis davranırdılar”.

Bu, nəsə yeni bir şeydir. Bundan əvvəl, erməni təbliğatı Azərbaycan Ordusunun döyüşməyi bacarmadığını və bu səbəbdən “suriyalı muzdlulardan” kömək istədiyini iddia edirdi, amma indi birdən-birə Suriyadakı vətəndaş müharibəsinin cəhənnəmindən keçən və İŞİD-lə döyüşən bu silahlılar Azərbaycan əsgərləri tərəfindən “pis rəftarın qurbanı oldular”.

 

Və əgər bu “muzdlular” ermənilər tərəfindən əsir düşməkdən daha çox azərbaycanlılardan qorxurdularsa, onda niyə ermənilərin yanına qaçmırdılar? Ümumiyyətlə, niyə Ermənistan hələ də dünyaya Qarabağda “suriyalı silahlıları”ın olduğuna dair inandırıcı dəlillər təqdim etmir? Bu yaraqlılar da Türkiyə və Pakistan xüsusi təyinatlıları qədər ələ keçməz oldular?

 

Dəməşqdəki Şam Universitetinin məzunu, ərəbşünas və jurnalist, Azərbaycan vətəndaşı Vüsal Əliyev AYNA-ya açıqlamasında, son videokadrlara istinad edərək, kadrarxası mətnin ədəbi ərəb dilində oxunduğunu deyir. Razılaşın ki, ədəbi ərəb dilində savadlı danışan bir muzdlu döyüşçünün olması onsuz da şübhəli görünür. Bundan əlavə, “Həmzə” diviziyası, əsasən Azərbaycan dilinin ləhcələrindən birində danışan suriyalı türkmənlərdən ibarətdir. “Muzdlu”nun öz dilində danışması daha ağlabatan və məntiqli olardı.

 

Bundan əlavə videokadrlardan, əvvəlcədən yazılmış mətnin oxunduğu aydın olur. Bu kadrlara ingilis dilində subtitrlər də əlavə olunur və beləliklə, Ermənistanın beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfində döyüşdüyü iddia edilən “suriyalı muzdluların” varlığına dair “daha bir sübut” təqdim etmək istəyi diqqət çəkir.

 

Ermənistanda ərəbcə danışan kifayət qədər Suriya ermənisi var ki, onlar bu cür feyk məlumatlar yaratmağa cəlb edilə bilər. Erməni təbliğatı Qarabağda Ermənistan tərəfində vuruşan Fransa, Yunanıstan, Livan, Rusiya və digər ölkələrin vətəndaşları haqqında danışsa, yaxşı olar. Bu şəxslər etnik ermənilər olsa belə, beynəlxalq hüquqa görə muzdlu və terrorçu sayılırlar. Elə Üçlü Bəyanat imzalanandan sonra Azərbaycan ərazisinə göndərilən Ermənistanın Şirak bölgəsinin silahlı sakinləri kimi...

Müəllif: Asif Aydınlı      21 Yanvar 2021 13:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin