Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb

Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb

DİN əməkdaşları əməliyyat keçirib, silahlılar tutulub

 

Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan üç ədəd patron aşkar edilərək götürülüb.

 

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.

 

Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az      20 Yanvar 2021 13:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin