Əsas səhifə Haqqımızda Xəbər lenti

Altınalan: “20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil”

Altınalan: “20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil”

"Ölümün üzərinə yeridilər, öləcəklərini bilə-bilə mübarizə aparıb şəhid oldular və bununla da tarix yazdılar"

 

"20 yanvar 1990-cı ildə Qırmızı Ordu millətimizin müstəqillik əzmini qırmağa çalışdı. Lakin ölkəsinin azadlığını və şərəfini hər şeydən üstün tutan azərbaycanlı qardaşlarımız ölümdən qorxmadılar. Hətta ölümün üzərinə yeridilər, öləcəklərini bilə-bilə mübarizə aparıb şəhid oldular və bununla da tarix yazdılar".

 

AYNA xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

 

Vurğulayıb ki, axan qan Azərbaycanı sürətlə müstəqilliyə qovuşdurdu: "Bu səbəbdən 20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür. Bunu nəzərə alaraq Vətən və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə apararkən başda 20 Yanvar və Vətən savaşında həyatını itirən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm".

Müəllif: Ayna.az      20 Yanvar 2021 13:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin