Əsas səhifə Haqqımızda Xəbər lenti

Qanunsuz ov edən şəxslər saxlanılıblar

Qanunsuz ov edən şəxslər saxlanılıblar

Saxlanılan şəxslərdən ov tüfəngi, süni maketlər və çöl quşları götürülüb

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R. Babayev, S. Mehdiyev və A. Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq, polis şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən iki ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb.

 

Müəllif: Ayna.az      20 Yanvar 2021 14:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin