Əsas səhifə Haqqımızda Xəbər lenti

Traktor yük avtomobili ilə toqquşdu

Traktor yük avtomobili ilə toqquşdu

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

 

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub.

 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Fətəliyev orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      20 Yanvar 2021 12:24
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin