Əsas səhifə Haqqımızda Xəbər lenti

"Real Madrid"in əfsanəvi hücumçusu koronavirusa yoluxub

"Real Madrid"in əfsanəvi hücumçusu koronavirusa yoluxub

44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib

 

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hazırda "kral klubu"nun ikinci komandası olan "Kastilya"ya başçılıq edən veteran hücumçu karantinə alınıb.

 

44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.

 

Qeyd edək ki, 1994-2010-cu illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.

Müəllif: Ayna.az      20 Yanvar 2021 03:45
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin