Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya və Azərbaycan minaaxtaranları Qarabağda 210 mina zərərsizləşdirib - FOTOLAR

Rusiya və Azərbaycan minaaxtaranları Qarabağda 210 mina zərərsizləşdirib -       FOTOLAR

Ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb

 

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu  Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

 

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.





Müəllif: Ayna.az      19 Yanvar 2021 22:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin