Əsas səhifə Haqqımızda Xəbər lenti

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı       AÇIQLAMA

"Ötən il dekabrın 30-da190 manatın köçürülməsi başa çatdırılıb”

 

Nazilər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən, qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Hökumətdən AYNA-ya bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdi.

 

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq, ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən, qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

Müəllif: Ayna.az      19 Yanvar 2021 20:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin