"Qiyamət günü"nün tarixi barədə

"Qiyamət günü"nün tarixi barədə
"Bəşəriyyəti nəyin məhv edəcəyini isə söyləmir"
 
"Tarix boyunca insanlar "Qiyamət günü" ilə bağlı ortaya müxtəlif mübahisələrə səbəb verən iddialar atmışlar. Dünyanın sonu haqdakı fikirlərin müəllifləri çox vaxt saxtakar və fırıldaqçı kimi qələmə verilirdilər". AYNA xəbər verir ki, bunu sosial şəbəkə hesabında texniki elmlər namizədi İbrahim Nəbioğlu paylaşıb.
 
İbrahim Nəbioğlunun sözlərinə görə: "Müasir dövrdə isə nüfuzlu elmi mərkəzlərin tanınmış alimləri araşdırmalar aparırlar. Princeton universitetindən astrofizik J.Richard Gott riyazi argumentlərlə 760 il sonra Dünyanın sonunun gələcəyini təxmin edib. Onun iş yoldaşları fiziklər Holger Bech Nielsen və Brandon Carter, filosof John Leslie də məşğul bu sahədə çalışırlar.
 
Harvard məzunu olan J.Richard Gott elm tarixinə Berlin divarının yıxılmasını 21 il əvvəldən təxmin etmiş alim kimi düşüb. Astrofizikin "Qiyamət günü" təxmini tamamən tarixlə bağlıdır, Bəşəriyyəti nəyin məhv edəcəyini isə söyləmir".
 
Müəllif: Ayna.az      26 Avqust 2019 00:02
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin