Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusdan sağalanlar üçün də peyvənd nəzərdə tutulub

Koronavirusdan sağalanlar üçün də peyvənd nəzərdə tutulub

“Yaranmış anticismlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır”

 

Səhiyyə Nazirliyi koronavirusa (COVID-19) yoluxub sağalmış insanlara peyvənd vurulacağı ilə bağlı məsələyə münasibət bildirib.

 

AYNA-nın xəbərinə görə, nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib ki, xəstəliyə yoluxub sağalmış insanların yaranmış anticismləri uzun müddət yaşama qabiliyyətinə malik deyil.

 

“Yaranmış anticismlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immunsistemi yaradacaq və vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur”, - nazirlik rəsmisi qeyd edib.

Müəllif: Ayna.az      19 Yanvar 2021 12:46
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin