Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan neftinin bir barreli 55 dollardan baha satılır

Azərbaycan neftinin bir barreli 55 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

 

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar artaraq 55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 52,18 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 55,37 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      19 Yanvar 2021 11:57
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin