Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhsil nazirindən əmr: məktəblərdə xüsusi dərslər keçiriləcək

Təhsil nazirindən əmr: məktəblərdə xüsusi dərslər keçiriləcək

Xüsusi dərslər 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunub

 

Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

 

AYNA xəbər verir ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək.

 

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların da keçirilməsi nəzərdə tutulur.

 

 

Müəllif: Ayna.az      19 Yanvar 2021 10:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin