Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantin qaydalarını pozan kafe və çayxana aşkarlanıb

Karantin qaydalarını pozan kafe və çayxana aşkarlanıb

Qayda pozanlara qarşı qanunvericiliyə uyğun tədbir görülüb

 

Ağdaşda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı şəhər ərazisində kafenin fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkarlanıb. Həmin şəxslər rayon polis şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyənləşdirilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Müəllif: Ayna.az      18 Yanvar 2021 17:24
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin