Əsas səhifə Haqqımızda Xəbər lenti

Sülhməramlılar Qarabağda 27 müşahidə məntəqəsi qurublar

Sülhməramlılar Qarabağda 27 müşahidə məntəqəsi qurublar

Müdafiə Nazirliyi: 530 hektar ərazi, 201 kilometrdən çox yol minalardan təmizlənib

 

Rusiya sülhməramlıları Dağlıq Qarabağda vəziyyətin gecə-gündüz izlənilməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarəti 27 müşahidə məntəqəsində həyata keçirir. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, sülhməramlılar noyabrın 23-dən Qarabağda 530 hektar ərazini, 201 kilometrdən çox yolu minalardan təmizləyib. 751 tikilini yoxlayıb və partlayış təhlükəsi olan 23 min 530 obyekt aşkar olunaraq zərərsizləşdirilib.

 

Nazirlik bölgədə hər hansı insidentin baş verməsi barədə məlumat olmadığını açıqlayıb.

Müəllif: Ayna.az      17 Yanvar 2021 12:43
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin