Əsas səhifə Haqqımızda Xəbər lenti

İndoneziyada zəlzələdə ölənlərin sayı 42 nəfərə çatıb

İndoneziyada zəlzələdə ölənlərin sayı 42 nəfərə çatıb

Dağıntılar altında qalan insanların axtarışı davam edir

 

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 42 nəfərə yüksəlib.

 

Bildirilib ki, 34 nəfər Mamucu şəhərində, 8 nəfər isə şəhərin cənub rayonunda ölüb. Dağıntılar altında qalan insanların axtarışı davam edir.

 

Qeyd edək ki, İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib. Sulavesi adasında qeydə alınan güclü yeraltı təkanlar zamanı yüzlərlə insan xəsarət alıb.

Müəllif: Ayna.az      15 Yanvar 2021 23:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin