Əsas səhifə Haqqımızda Xəbər lenti

Tələbələrin köçürülməsi zamanı imtahan nəticələri nəzərə alınacaq?

Tələbələrin köçürülməsi zamanı imtahan nəticələri nəzərə alınacaq?

Nicat Məmmədli: “Vermədikləri imtahanlar transfer üçün problem yaratmayacaq”

 

“Fevralın 1-dən tələbələrin köçürülməsinə başlanılır. Tələbələrin köçürülməsi zamanı imtahan nəticələri nəzərə alınmaya bilər”.

 

AYNA xəbər verir ki, bunu “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

 

O bildirib ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlasa da, imtahan sessiyası davam edəcək: “Tələbələrin imtahanlarını verəcəkləri fənn üzrə qiymətləri köçürülmə zamanı nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.

Müəllif: Ayna.az      15 Yanvar 2021 19:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin