Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğan: “Peyvənddən sonra özümü yaxşı hiss edirəm”

Ərdoğan: “Peyvənddən sonra özümü yaxşı hiss edirəm”

Türkiyə Prezidenti peyvənddən sonra özünü necə hiss etdiyindən danışıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvənd vurdurduqdan bir gün sonra özünü yaxşı hiss etdiyini açıqlayıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan heç bir mənfi təsir olmadığını deyib.

 

“Peyvənddən sonra heç bir yan təsir yoxdur. Özümü çox yaxşı hiss edirəm. İkinci dozanı 28 gün sonra vurduracam”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Xatırladaq ki, Türkiyənin Prezidenti dünən Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

Müəllif: Ayna.az      15 Yanvar 2021 16:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin