Əsas səhifə Haqqımızda Xəbər lenti

““Parlament” də gorbagor oldu, status da” – PREZİDENT

““Parlament” də gorbagor oldu, status da” –     PREZİDENT

İlham Əliyev: “Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu”

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”.

Müəllif: Ayna.az      15 Yanvar 2021 16:19
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin