Əsas səhifə Haqqımızda Xəbər lenti

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var

İndoneziyada güclü zəlzələ -         Ölən və yaralananlar var

Yeraltı təkanlar torpaq sürüşmələrinə səbəb olub

 

İndoneziyada 6,2 maqnitudalı zəlzələ nəticəsində azı 7 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. AYNA bildirir ki, bu barədə “Detik” portalı xəbər verib.

 

Məlumata görə, Qərbi Sulavesi əyalətində iki minə yaxın insan öz evlərini tərk etməyə məcbur olub. Təbiət hadisəsi yerli qubernatorun ofisi və hotel binası da daxil olmaqla, 60-dan çox binanı dağıdıb. Yeraltı təkanlar, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

 

Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimali-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ayna.az      15 Yanvar 2021 07:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin