Əsas səhifə Haqqımızda Xəbər lenti

İrana qarşı yeni sanksiyalar tətbiq olunub

İrana qarşı yeni sanksiyalar tətbiq olunub

Təşkilatın rəhbəri və “Bərəkət” Fondunun adları da sanksiyalar siyahısına daxil edilib

 

ABŞ İranın bir sıra şirkət, fond və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, “Astan Quds Razavi” təşkilatına, bu qurumla əlaqəli olan “Quds Razavi Mines” və “Razavi Oil And Gas Development” şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub.

 

Eyni zamanda, təşkilatın rəhbəri Höcətulislam Əhməd Mərvi və “Bərəkət” Fondunun adları da sanksiyalar siyahısına daxil edilib.

 

Qeyd edək ki, COVID-19 qarşı İranın milli peyvəndi məhz “Bərəkət” Fondunun klinikalarında işlənib hazırlanıb. Bu peyvənd hazırda insanlar üzərində sınaqdan keçirilir.

Müəllif: Ayna.az      14 Yanvar 2021 16:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin