Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda bankların dollara tələbi artıb

Azərbaycanda bankların dollara tələbi artıb

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb

 

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə AYNA-ya Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

 

Qeyd edilib ki, hərracda tələb 100,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, əvvəlki valyuta hərracında tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib və bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib.

 

Müəllif: Ayna.az      14 Yanvar 2021 14:06
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin