Əsas səhifə Haqqımızda Xəbər lenti

Sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb

Sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb

Zolağın qısa vaxt ərzində tullantılardan təmizlənməsi üçün aidiyyəti qurumlara müraciət olunub

 

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları yerində araşdırıblar.

 

AYNA-nın xəbərinə görə, xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, həmin əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub.

 

Faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb.

 

Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub.

Müəllif: Ayna.az      14 Yanvar 2021 12:43
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin