Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib.

 

A.Əliyev ictimai yerdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə müalicə aldığı evə qaytarılıb. Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Yanvar 2021 12:28
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin