Rizədə Qaradəniz və Xəzəryanı ölkələrin karate çempionatı başlayıb

Rizədə Qaradəniz və Xəzəryanı ölkələrin karate çempionatı başlayıb

 Fərqlənən idmançılara müvafiq mükafatlar təqdim ebiblər

 

23-25 avqust tarixlərində Rizədə Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı başlanıb. Karate Federasiyasının mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Rizə Qapalı İdman Salonunda yarışın ilk günü mötəbər turnirin təntənəli açılış mərasimi keçirilib. Türk şəhidlərinin xatirəsi sükutla anıldıqdan sonra, İstiqlal marşı səsləndirilib.

 

Rizə Gənclik və Spor Hizmetleri Spor İl müdürü Mustafa Çelik, Bələddiyyə başkanı Rahmi Metin, Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan, Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qaradəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov çıxış ediblər. Gürcütsan və Moldova Karate Federasiyalarının prezidentləri, o cümlədən Ukrayna və İranın nümayəndələri də tədbirdə iştirak edib.

 

Açılış mərasiminin bədii hissəsi, yerli folklor qrupunun təqdimatında musiqi və rəqslərlə davam edib. Mərasimin ardından fəxri qonaqlar, müxtəlif əyarlı medallara sahib olan Azərbaycan karateçiləri də daxil olmaqla, fərqlənən idmançılara müvafiq mükafatlar təqdim ebiblər.

 

Ertsi gün yeniyetmə və gənclər, bazar günü isə böyüklər və veteranlar yarışa qatılacaq.  Qeyd edək ki, yarışda 9 ölkədən 57 regionu təmsil edən 159 klubun tərkibində 1404 idmançı iştirak edir.

Müəllif: Ayna.az      24 Avqust 2019 21:11
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin