Əsas səhifə Haqqımızda Xəbər lenti

Tərtərdə yol çəkilişi zamanı buldozer minaya düşüb

Tərtərdə yol çəkilişi zamanı buldozer minaya düşüb

54 saylı Xocalı Yol İdarəsinin əməkdaşı xəsarətlər alıb

 

Yanvarın 13-də saat 11:00 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Tərtər Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, 54 saylı Xocalı Yol İdarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif: Ayna.az      14 Yanvar 2021 10:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin