Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə kubokunda daha üç 1/4 finalçı müəyyənləşib

Türkiyə kubokunda daha üç 1/4 finalçı müəyyənləşib

1/8 final mərhələsinin son iki oyunu yanvarın 14-də keçiriləcək

 

Türkiyə kubokunda 1/8 final mərhələsi davam edir. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, bu gün mübarizəni davam etdirəcək daha üç komandanın adına aydınlıq gəlib.

 

Super Liqada uğurlu mövsüm keçirən “Qaziantep” elitanın digər təmsilçisi “Konyaspor”a uduzaraq, turnirlə vidalaşıb.

 

“Başakşəhər” aşağı liqa klubu “Tuzlaspor” önündə asan qələbəyə sevinib. 

 

“Rizəspor”la üz-üzə gələn “Beşiktaş” isə son dəqiqələrdə vurduğu qol sayəsində çətin qələbə qazanaraq, mübarizəni davam etdirib.

 

Bununla “Qalatasaray”, “Sivasspor” və “Antalyaspor”dan sonra “Konyaspor”, “Başakşəhər” və “Beşiktaş” da 1/4 final mərhələsinə adlayıb.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin son iki oyunu yanvarın 14-də keçiriləcək. “Alanyaspor” “Ərzurum BB” ilə (19:45), “Fənərbaxça” isə “Kasımpaşa” ilə (21:45) qarşılaşacaq.

 

Türkiyə kuboku


1/8 final


13 yanvar


“Konyaspor” – “Qaziantep” – 2:1
Aniçiç, 11, Ömər Şahinər, 40 – Muhammed Demir, 90+4


“Tuzlaspor” – “Başakşəhər” – 1:5
Vədat Bora, 34 – Demba Ba, 8, İsmail Konuk, 42 (avtoqol),

 

Aleksiç, 73, Ravil Tagir, 79, İrfan Kahveci, 89 (pen.)
“Beşiktaş” – “Rizəspor” – 1:0
Larin, 85

Müəllif: Ayna.az      14 Yanvar 2021 04:14
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin