Əsas səhifə Haqqımızda Xəbər lenti

"Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb" - Müdafiə Nazirliyi

"Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb" -         Müdafiə Nazirliyi

MN erməni KİV-in iddialarını təkzib edib

 

Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

 

AYNA-nın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”, - o vurğulayıb.

Müəllif: Ayna.az      13 Yanvar 2021 19:47
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin