Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki dəyişdirilib

Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb

 

Yanvarın 14-də Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsi ilə hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

 

AYNA-nın Bakı Nəqliyyat Agentliyinə istinadən məlumatına görə, dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.

Müəllif: Ayna.az      13 Yanvar 2021 20:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin