Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü olub

Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü olub

Şah Mahmud Qureyşi: “İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır"

 

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

 

AYNA-nın xəbərinə görə, bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.

 

O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

 

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın xarici işlər naziri vurğulayıb. 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      13 Yanvar 2021 17:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin