Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin üçtərəfli görüşü Ərdoğanla müzakirə edib

Putin üçtərəfli görüşü Ərdoğanla müzakirə edib

Rusiya Prezidentinin türkiyəli həmkarı ilə telefon danışığı olub

 

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. AYNA rus mediasına istinadən xəbər verir ki, prezidentlər Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən görüşün əsas nəticələri barədə danışıblar.

 

Bildirilir ki, Ərdoğan Dağlıq Qarabağda vəziyyətin nizamlanmasında Rusiyanın səylərini dəstəklədiyini qeyd edib.

 

Onlar eyni zamanda, birgə peyvənd istehsalı və istifadəsi planları da daxil olmaqla pandemiya ilə mübarizə mövzusuna da xüsusilə toxunublar.

Müəllif: Ayna.az      13 Yanvar 2021 17:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin