Əsas səhifə Haqqımızda Xəbər lenti

Həbsdə olan sabiq icra başçısının oğluna yeni vəzifə verilib

Həbsdə olan sabiq icra başçısının oğluna yeni vəzifə verilib

Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin edilib

 

Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev prokurorluq orqanlarında yeni təyinat alıb. AYNA-nın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin edilib.

 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Prezident İlham Əliyev N.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqi vəzifəsindən azad olumuşdu.

Müəllif: Ayna.az      13 Yanvar 2021 16:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin