Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST: Koronavirusun yeni ştammı 50 ölkəyə yayılıb

ÜST: Koronavirusun yeni ştammı 50 ölkəyə yayılıb

“Virusların daim dəyişikliyə uğraması məlum hadisədir”

 

İlk olaraq Böyük Britaniyada aşkar edilmiş yüksək yoluxuculuğa malik koronavirusun mutasiya etmiş növü artıq 50 ölkədə yayılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd edilib.

 

Bildirilib ki, virusların daim dəyişikliyə uğraması məlum hadisədir: “Buna görə də virusun yeni variantların ortaya çıxması gözlənilən idi. Mütəxəssislərdə narahatlıq doğuran bu növlərinin ortaya çıxması SARS-CoV-2 virusunun diaqnostik qabiliyyətlərinin və sistematik sıralanmasının artırılmasının, eyni zamanda dünya ictimaiyyətinə vaxtında məlumat verilməsinin vacibliyindən xəbər verir.

Müəllif: Ayna.az      13 Yanvar 2021 14:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin