Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni müxalifəti: “Moskva görüşü növbəti biabırçı məğlubiyyətdir”

Erməni müxalifəti: “Moskva görüşü növbəti biabırçı məğlubiyyətdir”

Vazgen Manukyan: “Moskvada İlham Əliyev Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik olan 9-cu bəndin icrasının başlamasına nail oldu”

 

Ermənistan müxalifətinin Baş nazirliyə vahid namizədi Vazgen Manukyan 11 yanvarda Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Moskvada keçirdiyi görüşdən danışıb. AYNA erməni mediasına istinadən bildirir ki, Manukyan görüşü Ermənistan üçün növbəti biabırçı məğlubiyyət adlandırıb.

 

“Moskvadakı üçtərəfli görüş başa çatdı, bu da ictimai və siyasi dairələrdə ciddi narazılıq və narahatlıq yaratdı. Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi, əsirlər məsələsində hərəkətsiz qaldı. Azərbaycan tərəfi bir daha istəyinə nail oldu. Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”, - Manukyan vurğulayıb.

 

Müxalifət lideri hesab edir ki, Baş nazir Nikol Paşinyan Moskva görüşündə hərəkətsiz qalıb: “11 yanvar tarixində Moskvada İlham Əliyev 9 noyabr Bəyanatında Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik olan 9-cu bəndin icrasının başlamasına nail oldu. Şübhə yoxdur ki, Paşinyanın Baş nazirliyi altında bu bəndin icrası ilə bağlı əlavə danışıqların nəticələri yalnız Azərbaycan üçün tamamilə qənaətbəxş olacaq.

 

“Ermənistan 11 yanvar görüşündə əldə etmədiyi nəyi əldə edə bilərdi? Hesab edirəm ki, görüşdə Azərbaycanın lehinə olan və Sünik (Qafan) üçün təhdid olan 9 noyabr üçtərəfli Bəyanatının 1-ci bəndi qaldırılmalı idi. Münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimlənməsi və Dağlıq Qarabağın statusu: amma bu barədə heç nə əldə edilmədi. Bu, böyük məğlubiyyət idi. Əlbətdə, əsirlərlə bağlı məsələ də açıq şəkildə qaldırılmalı və həll edilməli idi”, - deyə, Manukyan əlavə edib.

 

Onun sözlərinə görə, 11 yanvar tarixli üçtərəfli görüş və ortaq bəyanat, Paşinyanın Ermənistanın və erməni xalqının maraqlarını təmin edə bilmədiyi yanaşmasını bir daha təsdiqləyir: “Məğlubiyyət simvolu olan Nikol getməlidir. Əks halda, itkilərimiz davam edəcək”.

Müəllif: Ayna.az      13 Yanvar 2021 14:21
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin