Əsas səhifə Haqqımızda Xəbər lenti

Şəkidə qətl: 60 yaşlı qadın öldürülüb

Şəkidə qətl: 60 yaşlı qadın öldürülüb

Baldızını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

 

Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Şəki Rayon Prokurorluğundan AYNA-ya verilən məlumatda bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilibdir.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı bıçaqla Ruqiyyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş̧ üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      13 Yanvar 2021 11:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin