Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftin qiyməti 57 dolları ötüb

Neftin qiyməti 57 dolları ötüb

“Azeri Light”-ın  bir barrelinin qiyməti 56,82 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar artaraq 57,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,57 dollar bahalaşaraq 53,78 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,15 dollar artaraq 56,82 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

Müəllif: Ayna.az      13 Yanvar 2021 10:58
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin