Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp Baydenə xəbərdarlıq edib

Tramp Baydenə xəbərdarlıq edib

Donald Tramp: "Arzularınıza qarşı diqqətli olun"

 

ABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər.

 

AYNA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun ”, - deyə Donald Tramp vurğulayıb.

 

ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci düzəlişinə əsasən ölkə prezidenti Donald Trampı bacarıqsız elan edə bilər. Artıq bir çox demokrat senatorlar bu düzəlişdən istifadə üçün Mayk Pensə müraciət ediblər.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub.

Müəllif: Ayna.az      13 Yanvar 2021 06:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin