Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə Prezidenti: “Qarabağda ədalət təzahür etdi”

Türkiyə Prezidenti: “Qarabağda ədalət təzahür etdi”

Ərdoğan: “Azərbaycanlı qardaşlarımız yenidən torpaqlarını qazandı”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb. AYNA xəbər verir ki, Ərdoğan Türkiyənin qardaş Azərbaycanı müharibə müddətində də, sonra da dəstəklədiyini söyləyib.

 

“Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalətin təzahür etməsi və bölgənin sabitləşməsi təmin olunub. ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi problem 44 gündə həll edildi. Azərbaycanlı qardaşlarımız yenidən torpaqlarını qazandı”, -deyə, Türkiyə lideri qeyd edib.

Müəllif: Ayna.az      12 Yanvar 2021 17:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin