Əsas səhifə Haqqımızda Xəbər lenti

Kremlə Baydenin andiçmə mərasimində iştirak üçün dəvət gəlib

Kremlə Baydenin andiçmə mərasimində iştirak üçün dəvət gəlib

“Rusiyanın mərasimdə səfir səviyyəsində iştirak etməsi planlaşdırılır”

 

ABŞ Rusiyanı 20 yanvarda seçilmiş dövlət başçısı Co Baydenin andiçmə mərasiminə dəvət edib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Moskva tərəf dəvəti qəbul edib.

 

“Dəvət alındı. Rusiyanın mərasimdə səfir səviyyəsində iştirak etməsi planlaşdırılır”, - deyə Kremldəki mənbədən bildirilib.

 

Qeyd edək ki, Pentaqonun 20 yanvarda Baydenin andiçmə mərasimi zamanı 15 min Milli Qvardiya döyüşçüsünün istifadəsinə icazə verdiyi açıqlanıb.

 

Bununla yanaşı, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp növbəti ölkə başçısının andiçmə mərasiminin təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonda təcili fövqəladə rejim tətbiq edib.

 

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden yanvarın 20-da Vaşinqtonda andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq.

Müəllif: Ayna.az      12 Yanvar 2021 11:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin