Əsas səhifə Haqqımızda Xəbər lenti

DİM-də keçiriləcək beynəlxalq imtahanların tarixləri açıqlanıb

DİM-də keçiriləcək beynəlxalq imtahanların tarixləri açıqlanıb

İmtahanların təşkili zamanı bir sıra ehtiyat tədbirlərinin tətbiq olunması nəzərdə tutulur

 

2021-ci ildə Dövlət İmtahan Mərkəzində (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq ABŞ-ın ETS təşkilatının (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) beynəlxalq TOEFL iBT və GRE imtahanlarının keçirilməsini davam etdiriləcək. İmtahanlar DİM-in Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunur.

 

DİM-dən AYNA-ya verilən xəbərə görə, əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə imtahanlar hər otaqda 5-10 nəfər olmaqla və sosial məsafə gözlənilməklə təşkil olunacaq. Bundan əlavə, 2020-ci ildə olduğu kimi, bu il də beynəlxalq imtahanların təşkili zamanı bir sıra digər ehtiyat tədbirlərinin tətbiq olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, DİM ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT, 2020-ci ilin martından isə GRE imtahanını təşkil edir.

 

Qeyd edək ki, digər beynəlxalq imtahanların tarixləri müəyyən olunduqdan sonra DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunacaq. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

 

DİM-də keçirilməsi nəzərdə tutulan TOEFL iBT və GRE imtahanlarının tarixləri ilə posterlərdən tanış olmaq mümkündür.

Müəllif: Ayna.az      12 Yanvar 2021 11:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin