Əsas səhifə Haqqımızda Xəbər lenti

Çində "ağıllı" elektrik avtomobilləri istehsal olunacaq

Çində "ağıllı" elektrik avtomobilləri istehsal olunacaq

Şirkət daha çox sərnişin nəqliyyat vasitələrinin istehsalına üstünlük verəcək

 

Çinin “Baidu” və “Geely” şirkətləri birgə “ağıllı” elektrik avtomobillər istehsal edəcək şirkət yaratmaq barədə razılığa gəliblər.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, “Geely” avtomobil istehsalını həyata keçirəcək, “Baidu” isə proqram təminatı və texnologiyaları hazırlayacaq.

 

“Baidu”nun açıqlamasına görə, yeni şirkət daha çox sərnişin nəqliyyat vasitələrinin istehsalına üstünlük verəcək.

 

“Baidu”nun rəhbəri Robin Li (Li Yanhonq) dünyanın ən böyük elektrokar bazarı olan Çində daha ağıllı məhsullara yaranan tələbatı qarşılamaq üçün bu irimiqyaslı layihəyə başladıqlarını bildirib.

 

Qeyd edək ki, Çində ən böyük axtarış sisteminə malik olan “Baidu”nun pilotsuz avtomobil idarəetməsi texnologiyası da var.

 

Qeyd edək ki, ötən gün “Hyundai” ilə “Apple” arasında da bu ilin mart ayında müştərək elektrik avtomobil istehsalına dair müqavilə imzalamaq niyyəti açıqlanıb.

Müəllif: Ayna.az      11 Yanvar 2021 21:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin