Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin: “48 mindən çox erməni Qarabağa qayıdıb”

Putin: “48 mindən çox erməni Qarabağa qayıdıb”

“Rusiyadan münaqişə bölgəsinə artıq 800 tondan çox tikinti materialı və 1,5 milyon tona yaxın humanitar yardım tədarük edilib”

 

“Rusiya Qarabağdakı vəziyyətin ümumi sabitləşməsi, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz qayıtması üçün xeyli səy göstərir”. AYNA xəbər verir ki, bu barədə Rusiyam Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanya üçtərəfli görüşdə deyib.

 

Rusiya lideri vurğulayıb ki, ötən ilin 13 noyabrından indiyədək 48 mindən çox erməni Qarabağa qayıdıb: “Moskvanın vasitəçiliyi ilə əsirlərin və cəsədlərinin mübadiləsi həyata keçirildi. Qarabağda normal həyat qurmaq, dağıdılmış binaların yenidən qurulması və dini, tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı aktual məsələləri həll edən xüsusi bir humanitar mərkəz fəaliyyət göstərir. Mərkəzin işçiləri enerji və istilik təchizatının bərpası ilə məşğuldurlar. Rusiyadan münaqişə bölgəsinə artıq 800 tondan çox tikinti materialı və 1,5 milyon tona yaxın humanitar yardım tədarük edilib”.

 

"Əhaliyə humanitar yardım göstərilir, 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb, 22 mindən çox partlayıcı obyekt aşkar edilərək məhv edilib”, - deyə Putin əlavə edib.

 

Müəllif: Ayna.az      11 Yanvar 2021 17:16
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin