Əsas səhifə Haqqımızda Xəbər lenti

Bu qədər şəhid ailəsinə sosial ödənişlər təyin edilib - RƏSMİ

Bu qədər şəhid ailəsinə sosial ödənişlər təyin edilib -     RƏSMİ

1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə sosial ödənişlərin təyinatı həyata keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.

 

Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.

 

Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.

Müəllif: Ayna.az      11 Yanvar 2021 12:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin