Əsas səhifə Haqqımızda Xəbər lenti

Diqqət Moskvaya: Bu gün liderlər Qarabağı müzakirə edəcəklər

Diqqət Moskvaya: Bu gün liderlər Qarabağı müzakirə edəcəklər

Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq

 

Bu gün Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək görüş Moskvada baş tutacaq və Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq.

 

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək”, - deyə açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, bu, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan dövlət başçıları arasında ilk görüşdür.

 

Bəzi məlumatlara görə, üçtərəfli görüşlərlə yanaşı, Putinin Əliyev və Paşinyanla ayrıca görüşü də nəzərdə tutulub.

Müəllif: Ayna.az      11 Yanvar 2021 12:41
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin