Əsas səhifə Haqqımızda Xəbər lenti

İrəvanda gərginlik: Etirazçılar Paşinyanın Moskva səfərinə qarşı çıxdılar

İrəvanda gərginlik: Etirazçılar Paşinyanın Moskva səfərinə qarşı çıxdılar

Müxalifət fəalları Baş nazirin olduğu avtomobil hava limanına gedərkən qarşısını kəsməyə cəhd göstəriblər

 

İrəvanda etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı danışıqlar üçün Rusiyaya səfərinə əngəl törətmək istəyiblər. AYNA erməni mediasına istinadən xəbər verir ki, müxalifət fəalları Paşinyanın olduğu avtomobil hava limanına gedərkən qarşısını kəsməyə cəhd göstəriblər.  

 

Etirazçılar təhlükəsizliyi qorumağa çalışan polis əməkdaşlarına da maneə yaradıblar. Nümayişçilərlə asayiş keşikçiləri arasında toqquşmalar olub-olmadığı açıqlanmayıb.

 

“Nikol qanunsuz liderdir, Ermənistanı təmsil etmir və imzaladığı sənədlərin qanuni qüvvəsi olmayacaq", - deyə aksiyaçılar bildiriblər.

 

Qeyd edək ki, bu gün Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir. Tərəflər Dağlıq Qarabağla bağlı razılaşmaların icrası ilə bağlı vəziyyəti, məhkumların geri qaytarılması və bölgədəki kommunikasiyaların blokdan çıxarılması məsələsini müzakirə edəcəklər.

Müəllif: Ayna.az      11 Yanvar 2021 11:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin