Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib: Qarabağı müzakirə olunub

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib: Qarabağı müzakirə olunub

Rusiya lideri Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət haqqında TŞ üzvləri ilə fikir mübadiləsi aparıb

 

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) iclasını keçirib. AYNA Rusiya mediasına istinadən bildirir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla sabah keçiriləcək üçtərəfli görüş müzakirə olunub.

 

Rusiya lideri Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət haqqında fikir mübadiləsi aparıb.

 

Toplantıda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

 

Xatırladaq ki, sabah Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Müəllif: Ayna.az      10 Yanvar 2021 19:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin