Əsas səhifə Haqqımızda Xəbər lenti

Bu il COVID-19-la mübarizəyə ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək

Bu il COVID-19-la mübarizəyə ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək

Baş nazir Əli Əsədov sərəncam imzalayıb 

 

Maliyyə Nazirliyinə bu il yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

 

AYNA bildirir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.

 

Sərəncama əsasən, Maliyyə Nazirliyi COVID-19 pandemiyasına qarşı mübarizə üçün nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Müəllif: Ayna.az      9 Yanvar 2021 19:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin