Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakının mərkəzi yolunda hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzi yolunda hərəkət məhdudlaşdırılacaq

Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər

 

Bakıda mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

 

Qeyd edilib ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.

Müəllif: Ayna.az      8 Yanvar 2021 17:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin