Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qara qızıl”ın qiyməti bahalaşmaqdadır

“Qara qızıl”ın qiyməti bahalaşmaqdadır

Neftin qiyməti 55 dollara yaxınlaşır

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar artaraq 54,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 51,03 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bir qədər ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 54,70 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      8 Yanvar 2021 12:21
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin